Wednesday, January 26, 2011

interview in the radio of "Freedom"(Azadliq)

http://www.azadliq.org/content/article/2286669.html


25.01.2011 by:
Sevda İsmayıllı
Yeni ilin ilk günlərində kino rəssamı Mehriban Əfəndinin Fayt Helmerin «Absurdistan» filminə görə Parisdə keçirilən «Cinema&Costume Moulinc» festivalında «Ən yaxşı geyim rəssamı» mükafatına layiq görüldüyü xəbəri gəldi. Mehriban Əfəndi AzadlıqRadiosunun «İz» proqramının qonağıdır.

SƏNƏTİ--RƏSSAM

--Mehriban xanım, təbriklərimizi qəbul edin. Mükafat aldığınız filmdən yəqin ki, danışacağıq. Amma öncə istərdim özünüzü tanımayanlara tanıdasınız.

-- Rəssamam. Ancaq məni daha çox kinematoqrafçı kimi tanıyırlar. Hazırda «Azərbaycanfilm» kinostudiyasında geyim və rekvizit şöbəsinin çəkilişə hazırlıq sexinin rəisiyəm. Həm də filmlərimizdə--televiziya və daha çox kinofilmlərdə geyim rəssamı, quruluşçu rəssam kimi işləmişəm. Özümü sadəcə rəssam adlandırıram. Çünki bu sənəti həyatımın ən önəmli vəzifəsi, qisməti hesab edirəm.

«AZƏRBAYCANFİLM» ÇİÇƏKLƏNMƏ DÖVRÜ YAŞAYIR?!

--Lütfən söyləyin, indiyədək hansı filmlərdə çalışmısınız?

--Auditoriyaya ən çox tanış olan «Özgə vaxt» filminin adını çəkərdim. Hüseyn Mehdiyevin bu filmi çox böyük uğurlar qazandı. İspaniyada--Madriddə ən yaxşı rejissor işi nominasiyasına layiq görüldü. Ayan Mirqasımova ən yaxşı aktrisa prizini aldı və s. Bundan sonra mənim qürur duyduğum bir iş oldu--Rasim Ocaqovun «Otel otağı» filmində geyim rəssamı kimi çalışdım. Rasim Ocaqov qeyri-adi rejissor idi və indi də hər dəfə onun iş otağının önündən keçəndə ayaq saxlayıram, onu xatırlayıram və belə ustadla çalışdığımdan qürur duyuram. Daha sonra biz Rasim müəllimlə «Məhkumların cənnəti» filmində işləməyə başladıq, amma amansız ölüm buna imkan vermədi və filmi Mehriban Ələkbərzadə tamamladı. «Qırmızı qatar» filmini Özbəkistanda Azərbaycan heyəti ilə birgə çəkmişik. Burada da maraqlı geyimlər olduğunu deyə bilərəm. Rejissor Hafiz Fətullayevin bu filmi bir sıra texniki və başqa problemlər yaşamasaydı, festivallarda uğur qazana bilərdi. «Hacı Qara» filmində, «Qara ney» televiziya filmində də quruluşçu rəssam olmuşam. «Güllələr altında», «Satılmış həyat» filmlərində də çalışmışam. Düzdür, Azərbaycanda kino sahəsində çətinliklər var. İstədiyimiz kimi festivallara çıxa bilmirik. Bir çox problemlərlə üz-üzəyik. Amma yenə də çalışırıq. İndi «Azərbaycanfilm» doğrudan da çiçəklənmə dövrünü yaşayır. Filmlər çəkilir, professionallar işlə məşğuldurlar. Mədəniyyət və Turizm Nazirliyi filmlərə büdcə ayırır. Bilirsiniz ki, xaricdə filmlər kommersiya mənşəli olur. Dövlət pul ayırmır. O cəhətdən büdcədən ayırmaları böyük kömək, dayaq hesab edirəm.
ontiniue in http://www.azadliq.org/content/article/2286669.html

No comments: